Oktyabrın 13-də Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet hədəfləri barədə məlumat verib. Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğulayıb.
İclasda çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev imzalanacaq sənədlər barədə məlumat verib.
Daha sonra sənədlər imzalanıb.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.
***
Oktyabrın 13-də Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
***
Oktyabrın 13-də Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib