13 oktyabr 2023 14:52
314

Özbəkistan Prezidenti MDB-nin Fəxri Nişanı ilə təltif olunub

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin Fəxri Nişanı ilə təltif olunub.

“İki sahil” xəbər verir ki, Fəxri Nişan ona Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında təqdim edilib.

Fəxri Nişanı ona Qırğızıstan Prezidenti Sadır Japarov təqdim edib.

Özbəkistan lideri ölkəsinin MDB ölkələri ilə əməkdaşlığa təşviqinə verdiyi töhfəyə görə təltif edilib.