Ağartı məhsullarının insan həyatı üçün təhlükəli olmadığını çoxdan bilir, ancaq bu məhsullar onun həyatı üçün əsl kabusa çevrilib. Böyük britaniyada yaşayan bir gənc qız, öz qəribə fobiyası ilə həkimləri şoka salıb. İnsanların şirdən-pələngdən qorxmağını anlamaq olar, Keti Ueston isə pendirdən qorxur.
Həkimlər onu müayinə etdikdən sonra, bu qızın Turofobiya xəstəliyindən əziyyət çəkdiyini üzə çıxarıb. Yəni pendir və bəzi süd məhsulları bu qızın təşvişə düşməsinə, özünü narahat hiss etməsinə səbəb olur. Görüntülərdən də məlum olduğu kimi, Keti ona yaxın olan pendirdən uzaq qaçmağa çalışır.
Pendirin özü bir kənara, süd məhsullarının qoxusu belə Ketini çətin vəziyyətə salır. Onun halı pisləşir, hətta bəzən xəstəxanalıq olur.
Ziyafətlərdə iştirak etmək, dostları ilə restorana getmək Ketini çox vaxt düşünməyə vadar edir. Həmin günün xoş anlarla başa çatması üçün mütləq yediyi yeməyin içindəki məhsulların siyahısını oxumalı olan Keti, pendirdən hazırlanan təamları yaxına buraxmır.