“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan uzun illər iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub”.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2003-2022-ci illərdə Azərbaycanda Ümumi Daxili Məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib: “2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839.4 manata yüksəlib”.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib