“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən Müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirib”.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, artıq Vətən müharibəsindən 3 il keçir: “Biz həmin 44 günü yenidən günbəgün yaşayır, Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlıq nümunələrini xatırlayır, şəhidlərimizin uca xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ötən 3 il həm əldə olunmuş nəticələrin möhkəmləndirilməsi, suverenliyimizin tam bərpa olunması, həm də işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma işləri ilə yadda qalıb. Görülən işlərin miqyası həqiqətən də heyrətamizdir və dövlətimizin gücünün, potensialının əyani göstəricisidir”.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib