Vətən müharibəsində əldə edilən böyük qələbə, lokal antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası bölgədə yeni reallıqlar yaradıb. İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.
“İki sahil” xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyətə malikdir. “Ermənistanın revanşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi, bu bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”, - deyə o əlavə edib.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib