Torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi.
“İki sahil” xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, ölkəmizin ərazi bütövlüyünün dünya ictimaiyyəti tərəfindən tanınması beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib. “Prezident İlham Əliyev Vətən müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi, böyük Zəfərə aparan yolun başlanğıcı idi”, - deyə o əlavə edib.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib