“Azərbaycanda tarixi günlər yaşayırıq. Azərbaycan xalqına və dövlətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik”.
“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də media nümayəndələri ilə görüşdə deyib.
“Bizlər Şərqi Aralıq dənizindəki mühüm geostrateji coğrafiyada yerləşən Şimali Kiprin mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaq üçün gəlmişik”, - o vurğulayıb.
E.Tatar bildirib ki, Prezident İlham Əliyevlə görüşüb: “Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. Tək millət dövlət şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə öz dəstək verməlidir”.
O deyib ki, Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyir: “44 günlük Vətən müharibəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq”.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib