15 oktyabr 2023 11:43
369

Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.