16 oktyabr 2023 02:31
385

Bayden: Biz Amerika Birləşmiş Ştatlarıyıq – tarixin, hətta dünya tarixinin ən güclü dövləti

 

ABŞ Prezidenti Cozef Bayden ölkəsinin həm İsrailə, həm də Ukraynaya yardım etmək iqtidarında olduğuna əmindir.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı CBS-in “60 minutes” verilişinə müsahibəsində deyib.

“Allah xatirinə, biz Amerika Birləşmiş Ştatlarıyıq – tarixin, hətta dünya tarixinin ən güclü dövləti”, - Bayden vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun bunu etmək imkanı var və bunu etməlidir: “Biz etməzsək, bəs kim edəcək?”