16 oktyabr 2023 14:38
286

Türkiyə səfiri: Xankəndidə və Xocalıda yüksəldilən bayraq heç vaxt enməyəcək

"Prezident İlham Əliyevi, Azərbaycan xalqını və Azərbaycan Ordusunu tarixi qələbə münasibətilə təbrik edirəm"

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Xariciyə Təşkilatının yaradılmasının 500 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.

"Bütün türk dünyasının həsrətlə gözlədiyi bir tarixi öz gözlərimizlə gördük və yaşadıq. Xankəndidə və Xocalıda yüksəldilən bayraq heç vaxt enməyəcək".