"Azərbaycan və Türkiyə xarici siyasət məsələlərində yaxından əməkdaşlıq edirlər".
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Xariciyə Təşkilatının yaradılmasının 500 illiyi ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu gün dünyanın hər yerində Türkiyənin diplomatik missiyası fəaliyyət göstərir: "Türkiyə xarici siyasətə böyük üstünlük verir. Bizim dünyanın hər bir nöqtəsində səfirliyimiz, diplomatik korpusumuz faliyyət göstərir. Azərbaycan və Türkiyə xarici siyasət məsələlərində də yaxndan əməkdaşlıq edirlər. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin iştirak etmədiyi görüşdə bildirmişdi ki, burda Türkiyə yoxdursa, biz varıq. İndi də Türkiyə Azərbaycanın olmadığı yerdə "biz varıq" deyir".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar