Oktyabrın 18-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Rusiyadakı Gənc Diplomatlar İttifaqının və “Alef” yəhudi hərəkatının sədri Abram İxiilovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Kiçik xalqın böyük yolu. Dağ yəhudiləri Azərbaycanda” kitabının təqdimat mərasimi keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbir “Dağ Yəhudiləri İttifaqı” regional ictimai təşkilatının binasında keçiriləcək.
Təqdimatda tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Heydər Əliyev Fondunun və STMEGI fondunun Rusiyanın Azərbaycan Gəncləri İttifaqının (AMOR), “Alef” yəhudi hərəkatının, Azərbaycanın Rusiyadakı Gənc Diplomatlar İttifaqının nümayəndələri iştirak edəcəklər.
Həmçinin təqdimat zamanı beynəlxalq əməkdaşlığın perspektivləri və şəxsiyyətin tarixin inkişafına təsirinin fəal müzakirəsinın aparılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar