Biz Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə yönələn bütün səyləri dəstəkləməyə sadiq qalırıq.
“İki sahil” xəbər verir ki, bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.
O deyib ki, normallaşma prosesi hər iki ölkənin qarşılıqlı şəkildə bir-birinin suverenliyini, ərazi bütövlüyünə tanımasına əsaslanmalıdır.
Metsola Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb.
“Avropa İttifaqı Şurasının Prezidentinin himayəsi altında tərəflərin dialoqunda vasitəçiliyimizə sadiq olduğumuzu bəyan edirik.
Eyni zamanda, oktyabrın sonuna qədər Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə görüşə razılıq verməsini müsbət addım kimi alqışlayırıq”, - o əlavə edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar