Biz indi öz yolumuza davam edəcəyik.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
“Yenə də deyirəm, biz bütün doğma torpaqlarımızı yenidən quracağıq. Buradan o dağlara baxanda belə bir gözəl mənzərə açılır, kənd təsərrüfatı üçün çox yaxşı imkanlar var. Yəqin ki, ilin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək. İki gün əvvəl Sərsəng su anbarının üstündə idim. Onu da atam o vaxt inşa etdirib”, - Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar