17 oktyabr 2023 20:28
326

Azərbaycan səfiri etimadnaməsinin surətini İraqın xarici işlər nazirinə təqdim edib

Azərbaycanın İraqdakı yeni səfiri Nasir Məmmədov etimadnaməsinin surətini Baş nazirin müavini, xarici işlər naziri Fuad Hüseynə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat X hesabında bildirib.

Tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.