“Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.
O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.
“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar