Nyu-York avtomobil sərgisində “Genesis Essentia” konsept modeli təqdim edilib.
“Ölkə.Az” xəbər verir ki, prototipin dizaynı ötən il təqdim edilən “Genesis GV80” krossoverinə bənzəyir. “Essentia” modeli əsasən karbon lifindən hazırlanıb.
Bununla yanaşı, qapılar yana açılır və “kəpənək qanadı” tipindədir.
Yeni modelin texniki göstəriciləri barədə məlumat azdır. Məlumdur ki, mühərrik hissəsinə bir neçə elektrik aqreqatı yerləşdirilib. Batareyalar isə mərkəzi hissədədir.
Avtomobil yerindən 96 km/saat sürəti cəmi 3 saniyəyə əldə edir. Seriya istehsalı barədə məlumatı yoxdur.