18 oktyabr 2023 09:52
358

TDT Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) 18 oktyabr- Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarında yazılıb.

“Üzv dövlətimiz Azərbaycanın müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə qardaş Azərbaycan hökumətinə və xalqına ürəkdən təbriklərimizi çatdırırıq”, - paylaşımda bildirilib.