30 aprel 2016 00:51
237

Ölümə meydan oxudu

12 metr hündürlükdən o qədər də dərin olmayan çaya tullandı. 

Kanadada bir adrenalin həvəskarı  əylənmək üçün həyatını bu cür təhlükəyə atıb.  Alberta şəlaləsində qaya parçasının üstündən çaya atılan  Kris Meseyin təhlükəli performansını dostu anbaan lentə alıb.

Bir neçə ay əvvəl həmin şəlalədən tullanan başqa bir kanadalı ciddi bədən xəsarətləri almış, möcüzə nəticəsində sağ qalmışdı. Ancaq onun başına gələnlər görünür 33 yaşlı Kris üçün dərs olmayıb. Yüksək hündürlükdən çaya tullanan  sakin  xoşbəxtlikdən çayın içindəki daş parçaları ilə toqquşmayıb.

Şəlalənin olduğu yerin ətrafına çəkilən hasarın o qədər də hündür olmadığı, sakinlərin asanlıqla həmin çəpərdən keçdiyi diqqət çəkir. Eyni zamanda şəlalə yaxınlığında, tullanmağı qadağan edən   hansısa xəbərdarlıq işarəsi qoyulmayıb.  Kanada polisindən verilən məlumata görə, bu şəlalədən tullanmaq rəsmi şəkildə qadağan edilməyib. Ancaq məntiqli düşünən hər bir insan, burdan suya atılmağın ölümlə nəticələnə biləcəyini anlaya bilər.