18 oktyabr 2023 13:41
259

Türkiyə XİN Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun "X" səhifəsində paylaşım edilib.

"Müstəqilliyinin bərpasının 32-ci ildönümü münasibətilə Can Azərbaycanı təbrik edirik", - nazirlikdən bildirilib.