Hipnoz psixoterapiya və psixiatriya sahəsində ən populyar mövzulardan biridir. Bu, xəstəyə asanlıqla təsir oluna biləcək bir şüur vəziyyətidir. Mütəxəssislər hipnozun köməyi ilə xəstəliklərin necə müalicə olunacağını izah ediblər.
Hipnoterapevt-reqressoloq, psixoterapevt Evgeni Gibertin sözlərinə görə, hipnozun bir neçə növü var.
Birinci növ fobiya, allergiya və somatik xəstəliklərin müalicəsində istifadə edilən klassik növdür. Bu formada direktiv təsir daha çox istifadə olunur:
“İnsana deyilir: “Göz qapaqların ağırlaşır, rahatlaşırsan, sakitləşirsən... Yuxudan oyandıqdan sonra nə şirniyyat, nə də duzlu şeylər istəməyəcəksən”, - deyə həkim Aqapkin izah edir.
İkinci halda Erikson hipnozundan istifadə olunur. Yüngül musiqidən və rahatlaşdırıcı atmosferdən istifadə etməklə insan istirahət vəziyyətinə gətirilir, vəziyyət yumşaq simvolik yolla modelləşdirilir.
Üçüncü növə reqressiv hipnoz deyilir. Bu, bir insanın davranış pozğunluğuna səbəb olan problemin kök səbəbinə təsir deməkdir.
Tibbi hipnozla müalicə edilə bilən xəstəliklər:
Artıq çəki
Artıq çəki problemlərinin kökündə qidalanma pozğunluqları dayanır. Xəstə narahatlıq, depressiya və digər psixoloji problemləri hipnozun köməyi ilə həll etməklə müsbət nəticə ala bilər.
Qıcıqlanmış bağırsaq sindromu
Bu xəstəliyin simptomları həkimlərin fikrincə, son dərəcə xoşagəlməzdir. Xəstə şişkinlik, spazmlar, ağrı və bağırsaq hərəkətlərində pozğunluqlar yaşayır. Bu vəziyyətdə hipnoterapiya xüsusilə faydalıdır, hətta belə bir proqramın uğurunu sübut edən tədqiqatlar da var.
Bu psixoloji xəstəlik zamanı bir çox pasiyentlər onlarda nəyinsə səhv olduğunun fərqinə belə varmır, onlar üçün bu hal vərdiş halına gəlir. Psixoterapiya, əsasən hipnoz bu xoşagəlməz xəstəliyə qalib gəlməyə kömək edir.
Hipnoz yuxu deməkdir, ona görə də hipnoterapiya xəstənin yuxusunu bərpa edir. Bundan əlavə, hipnoterapiya qadınlarda menopauzanın narahatlıq, artıq çəki, depressiya, baş ağrıları kimi simptomlarını da müalicə edə bilər.
Nubar Süleymanova, “İki sahil”