"Fransa sahil zonalarımızı işğal edir".
“İki sahil” xəbər verir ki, bunu Müstəqil Martinik naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Klaudet Duhamel Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Martinikin biomüxtəlifliyi onların diqqətini çəkir: "Biz burada davamlı iqtisadi inkişafa nail ola bilmirik. Onları maraqlandıran sadəcə gəlir əldə etməkdir. Onlara görə biz insan övladı deyilik. Onlar deyirlər ki, qaradərililərin mebeldən fərqi yoxdur. Burada iyerarxiya var".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.