"Gənclər Qviana üçün vacib rol oynaya bilər, ancaq onlar müstəmləkəçiliyin təsiri altındadır, çünki orada müstəmləkəçi təhsil tədris olunur".
“İki sahil” xəbər verir ki, bunu Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının Siyasi bürosunun üzvü Hektor Pindard Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, gənclərin ana dillərini öyrənməsi ilə bağlı çətinliklərin olduğunu vurğulayıb: "Bunun da sosial-iqtisadi təsirləri var, yəni gəncləri mənsubiyyətindən uzaqlaşdırmağa çalışırlar. Onlar öz ölkələrində gələcəklə bağlı açar rolunu oynaya bilmirlər. Eyni zamanda, valideynlərin mədəniyyəti onlara tam olaraq ötürülmür. Uşaqlar məktəbdə sonadək oxumur və bu səbəbdən iş tapa bilmirlər. 26 min gənc tədrislə bağlı çətinlik çəkir".
H.Pindard işsizlik səviyyəsinin artmasından da söz açıb: "İşsizlik müstəmləkə çərçivəsində daha da artır. 13 min gənc işsizlikdən əziyyət çəkir və say artmaqda davam edir. Yeddi kommuna var ki, orada daha çox böhran yaşanır. Orada həm də yol problemi var. Uşaqlar öz ailələrini görməkdə çətinlik çəkirlər. Onların çətinlik vəziyyəti simptomatik bir vəziyyət alıb".