"Tarix boyu Fransa bir neçə dəfə Mərakeşə hücum edib, kütləvi qırğınlar törədib".
“İki sahil” xəbər verir ki, bunu Mərakeşdən olan elmi tədqiqatçı Hadica Butkili oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bir neçə dəfə edilən hücumlardan sonra nəhayət Fransa Mərakeşi ələ keçirib: "Fransa Mərakeşdə beynəlxalq hüquqları tapdaladı, sosial uçuruma, aclığa səbəb oldu. Nəticədə bu dövlətin Mərakeşdə mövcudluğu narahatlıq yaradırdı. Mərakeş uzun mübarizədən sonra müstəqilliyini bərpa etdi. Amma Fransa hələ də bizə müdaxilə etməkdədir".
Natiq sonda konfransın təşkili üçün Azərbaycan hökumətinə və təşkilatçılara təşəkkür edib.