20 oktyabr 2023 16:05
239

ƏIcəzairli nazir müşaviri: Fransa beynəlxalq hüquq və insan haqları barədə dərs verəcək son ölkədir

"Fransa planetimizdə beynəlxalq hüquq və insan haqları sahəsində dərs verəcək son ölkədir".

“İki sahil” xəbər verir ki, bunu ƏIcəzairin Ali təhsil ve elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Mən bir neçə soyqırımı barədə danışmaq istəyirəm. Məsələn, Fransa əlcəzairlilərə qarşı müxtəlif vaxtlarda soyqırımı törədib. Bu soyqırımılar 1945-1952-ci illərdə həyata keçirilib. Birincidə bütün insanları - uşaqları, yaşlıları, bir sözlə, hər kəsi həyatlarından məhrum etdilər. İkinci soyqırımı Əlcəzairin cənubunda 1952-ci ildə törədildi. Həmin vaxt 3500 əhalisi olan ərazidə 2500 nəfər qətlə yetirildi. 1961-ci ildə Parisdə 300 əlcəzairli öldürüldü. Fransa ağır silahlardan istifadə edərək bir xalqı soyqırımına məruz qoyub. İndi isə insan hüquqları ilə bağlı dərs verməyə çalışır", - deyə əlavə edib.