"Müstəmləkə siyasəti ciddi qlobal problemlərə səbəb olub".
“İki sahil” xəbər verir ki, bunu azərbaycanlı tədqiqatçı Kəmalə Muradova Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, xüsusilə kütləvi miqrasiya probleminə diqqət çəkib: "Biz müstəmləkəçiliyin Afrika ölkələrinə olan təsirindən danışa bilərik. Amma biz həm də kütləvi miqrasiya problemindən danışmalıyıq. Bəzi dövlətlər öhdəliklərini yerinə yetirmir. Bu, özü də cinayətdir. Afrika gəncləri daha çox qlobal aclığa görə Avropaya üz tuturlar. Amma Fransa kimi, Avropa ölkələri də müstəmləkəçilik siyasətini davam etdirirlər. Artıq ədalətin bərqərar olmasının vaxtı çatıb. Qərb və Fransa KİV-lərində özümüzü ifadə edə bilmirik. Bu, əlbəttə, ciddi problemdir".