Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda xarici qonaqlar çıxış ediblər.
“İki sahil” xəbər verir ki, konfransda Kaledoniya Birliyi partiyasının Baş katibinin müavini David Vanabo çıxış edib.
“Bakı Təşəbbüs Qrupunun bizim mübarizəmizə verdiyi dəstəyə görə təşəkkür edirəm. Biz mübarizə aparırıq çünki biz Fransa inteqrasiyasını istəmirik , Fransa isə əksinə bu ərazilərdə öz müstəmləkəsini saxlamağa, buranın zəngin resurslarından istifadə etməyə çalışır. Fransa manipulyasiya həyata keçirir, biz həmrəylik əlaqələrimizi, beynəlxalq əlaqələrimizi gücləndirməliyik ki, biz haqqımızı tələb edə bilək, xalqımız qorxmadan öz fikrini ifadə edə bilsin. Biz Bakı Təşəbbüs Qrupundan gözləyirik ki, bizim tələblərimizi daha böyük arenaya, tərəfdaşlara çatdırmağa kömək etsin”, - o qeyd edib.
Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının Siyasi bürosunun üzvü Hektor Pindard isə çıxışında deyib ki, Fransa kolonializmi onun ölkəsinin gənclərini hədəf alıb.
"Təhsilə girişin bərabər olmaması, işsizlik gənclərimizə ciddi təsir edir. Bu ölkədə gənclərimiz arasında narkotik istifadəsinin artmasına, gənclərimizin ölkəni kütləvi şəkildə tərk etməsinə və s. gətirib çıxarır".
Efipoyalı QHT rəhbəri Hebron Fekadu Gebre isə çıxışında deyib ki, Efiopiya digər müstəmləkə ölkələrinin keçdiyi yolu keçməyib və birbaşa zülmə məruz qalmayıb. "Amma Fransa həmişə regionda maraqlı olub, biz hər zaman Fransa ilə əlaqələrimiz imperial güc kontekstində analiz etmişik. Kolonial güclər keçmişdə etdiklərinə görə indi cavab verməlidirlər. Əsrlər boyu davam edən ədalətsizlik aradan qaldırılmalıdır".
Mərakeşdən olan elmi tədqiqatçı Khadija Butkhili çıxışında ölkəsinin tarixi barədə məlumat verib. O deyib ki, Fransa beynəlxalq insan haqları anlaşmasını yerinə yetirməyib.
"Fransa hələ də əvvəllər müstəmləkə altında saxlamış olduğu ölkələrinin daxili işlərinə qarışır", o deyib.