Bakıda keçirilən “Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans başa çatıb.
“İki sahil” xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.
Çıxışçılar Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar.
Eyni zamanda Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb.
Konfransda Fransanın müstəmləkələrdə yerli əhaliyə qarşı həyat keçirdiyi ağır işgəncələr və insan haqlarının pozulmasını göstərən fotosərgi də nümayiş olunub.