Fransa insan haqları adı altında müstəmləkəçilik siyasəti yürüdür. Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olması üçün inamla mübarizə aparır. Biz öz istəyimizə nail olacağıq.
“İki sahil” xəbər verir ki, bu fikirləri Yeni Koledoniya nümayəndə heyətinin üzvü, Kaledoniya Birliyi partiyasının baş katibinin müavini David Vanabo oktyabrın 21-də Milli Məclisdə bir qrup deputatla keçirilən görüş zamanı deyib.
Azərbaycan Respublikasına ölkəsinə dəstəyinə görə təşəkkür edən nümayəndə bildirib ki, Yeni Kaledoniya da Azərbaycan kimi müstəqil olmaq istəyir. Bu, onlar üçün ən ümdə arzudur.
Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.