Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə nazirlər, deputatlar və digər rəsmi şəxslər iştirak edirlər.
Konfrans çərçivəsində “Heydər Əliyev -100: Mühəndislik hakatonu” intellektual yarışının qalibləri mükafatlandırılacaq.