"İnanırıq ki, gələcəkdə atacağımız addımlarda Bakı Təşəbbüs Qrupu bizə dəstək verəcək".
“İki sahil” xəbər verir ki, bunu Qvadelupa Azadlıq Hərəkatının baş katibi Jan Jakob Bisep mediaya açıqlamasında deyib. O bildirib ki, Bakı Təşəbbüs Qrupunun ofisinin açılması müstəmləkdən əziyyət çəkən xalqlar üçün platforma təqdim edəcək: "Bakı Təşəbbüs Qrupuna, Azərbaycan hökumətinə təşəkkür edirəm. Bu, bizim üçün vacib məqamdır. İnanırıq ki, gələcəkdə atacağımız addımlarda Bakı Təşəbbüs Qrupu bizə dəstək verəcək".
Martinikin azadlığı Partiyasının nümayəndəsi Luc Francis Carole isə mediaya açıqlamasında deyib ki, onlar artıq bir neçə aydır ki, BTQ ilə birgə işlər görürlər: "Bu təşəbbüs çərçivəsində iştirakçılar arasında qardaş münasibətləri var. Burada olan digər partiyaların tərəfdaşlarının da ortaq məqsədi odur ki, Fransa kolonizasiyasından azad olaq. Bizim Azərbaycanla bağlı birgə layihələrimiz var. Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrlə sıx münasibət saxlamaq və birgə addımlar atmaq bizim məqsədimizdir. Azərbaycandakı dostlarımız da bizə bu sahədə kömək edir. Azəbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində də insan haqları ilə bağlı qətnamələrin vurğulanması bizi ruhlandırır".