ABŞ-ın Texas ştatında yaşayan Mayra Rosales adlı bir qadın əzmkarlığı ilə bütün dünyanı heyrətləndirib.
Uzun müddətdir artıq çəkidən əziyyət çəkən qadın əzmkarlıq göstərərək, bu çəkilərindən xilas olub. Yarım ton çəkisi olan bu xanım 362 kq arıqlayaraq 90 kq olub.
34 yaşlı qadın bu çəkiyə enmək üçün nə az, nə də çox düz 11 dəfə bıçaq altına düşməli olub.
Mayranın bu illər ərzində keçdiyi transformasiyanı təqdim edirik.