22 oktyabr 2023 15:11
338

Tehranda 3+3 formatında görüş keçiriləcək

Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın və Ermənistanın xarici işlər nazirləri oktyabrın 23-də Tehranda görüşəcəklər.

“İki sahil” xəbər verir ki, İranın İRNA dövlət informasiya agentliyinin yayımladığı məlumata əsasən, 3+3 formatında keçiriləcək görüşdə Cənubi Qafqazdakı vəziyyət və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdə Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqları əsas mövzu olacaq.