Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana məktubunda deyilir.
“Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir”, - məktubda vurğulanıb.