23 oktyabr 2023 12:06
219

Azərbaycan Prezidenti: Macarıstanla TDT çərçivəsində əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq

“Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim”.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana məktubunda deyilir.

“Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”, - dövlət başçısı bildirib..