23 oktyabr 2023 13:05
271

Azərbaycanda TDT ölkələrinin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci görüşü keçiriləcək.

“İki sahil” təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı noyabrın 16-dan 17-dək baş tutacaq.

Bundan əlavə, bu tarixlərdə “Beynəlxalq nəqliyyat və logistika dəhlizləri: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi də gözlənilir.

Qeyd edək ki, noyabrın 7-dən 10-dək Bakıda TDT ölkələrinin gənclər və idman nazirlərinin görüşü də keçiriləcək.