23 oktyabr 2023 19:21
291

XİN rəhbəri region ölkələri arasında praqmatik əməkdaşlığın zəruri olduğunu bildirib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında bəyanatla çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

Nazir, region ölkələri arasında praqmatik, nəticəyönümlü və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunu vurğulayıb.