Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil edən, özlərini qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” kimi təqdim edən Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan və digərlərinin istintaqları davam edir.
İki sahil “Report” a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
O söyləyib ki, istintaq beynəlxalq konvensiyalara, standartlara və Azərbaycanın daxili qanunvericiliyinə uyğun olaraq aparılır.
“İstintaqın nəticəsi barədə Azərbaycan ictimaiyyətinə məlumat veriləcək. Qeyd etməliyəm ki, heç bir cinayət cəzasız qalmır. Cəzanın labüdlüyü, cəzasızlıq mühitinin olmaması bütün dövlətlərdə, sahələrdə vacibdir, o cümlədən haqqında danışdığım hallarla bağlı”, - K.Əliyev vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərdədir.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb