Xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda keçirilən görüşdə bildirib.
Qeyd edək ki, regionun baş diplomatları səviyyəsində ilk görüş İranın paytaxtı Tehranda keçirilib.
Bundan əvvəlki ilk görüş Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci ilin dekabrında baş tutmuşdu.
Hər iki görüşdə Gürcüstan iştirakdan imtina etmişdir.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb