Münaqişə böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlamasında bildirib.
Lavrov qeyd edib ki, münasibətlərin tam normallaşdırılması üçün ilk növbədə, sülh müqaviləsinin hazırlanması, delimitasiya və nəqliyyat-iqtisadi əlaqələrin qurulması addımları qalır:
“Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektləri “3+3” formatında birbaşa müzakirə olunmayıb, bunun üçün başqa kanallar var, lakin platformanın özü Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə kömək edir”.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb