Dayanıqlı, yetərli maliyyə imkanları olmalıdır ki, inkişafdan geri qalmayaq.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu zamanı çıxışında deyib.
“Maliyyə mənbələrdən biri də dövlət büdcəsidir. Azərbaycanda BMT ailəsi davamlı olaraq tərəfdaşlarla çalışacaq. Bu sammit çərçivəsində əməkdaşlığımızı genişləndirəcəyik. Növbəti bir neçə həftə ərzində bizi irəli aparacaq imkanlardan faydalanacaq, yararlı müzakirələr aparacağıq”, - deyə bildirib.
Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” üzrə Üçüncü DİM Dialoqu keçirilir.
“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb