Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Tehranda “3+3” formatında danışıqlar çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü barədə məlumatı təsdiqləyib.
“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
“Tehranda qeyri-rəsmi ünsiyyət olub. Bu, belə platformalar üçün adi haldır”, o deyib.
Qeyd edək ki, ötən gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib ki,
Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb