2016-cı ilin aprel ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 5631 metr qazma işi həyata keçirilmişdir.Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 32040 metr qazma işi görülmüşdür. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olmuşdur.
Bundan əlavə, aprel ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 14 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.