24 oktyabr 2023 16:15
325

Sahibə Qafarova sabah Türkiyəyə gedəcək

Oktyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

Səfər çərçivəsində S.Qafarovanın TBMM-in sədri Numan Kurtulmuş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.