Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, görüşdə Baş katibi Kubanıçbek Omuraliev də iştirak edib. Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.
Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, K.Əliyev TDT Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb