Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini həyata keçirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov RBK-dəki yazısında bildirib.
Onun sözlərinə görə, sadələşdirilmiş gömrük dəhlizi müqavilə bağlamış iki ölkə arasında malların bəyan edilməsi və buraxılması zamanı inzibati yükün azaldılmasını və gömrük nəzarəti tədbirlərinin tətbiqinin tezliyini nəzərdə tutur.
Davıdov həmçinin Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirildiyini də bildirib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb