Gürcüstan Cənubi Qafqazda sülhdən yanadır, bu, regionun hər üç ölkəsinin marağına cavab verir.
Bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davalı inkişaf naziri Levan Davitaşvili bildirib.
“Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq və bu, Cənubi Qafqazın hər üç ölkəsinin marağındadır. Ona görə də biz sülh sazişi prosesinə vasitəçilik edirik. Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın həm Azərbaycan, həm də Ermənistan üçün məqbul və dost məkan olduğunu nümayiş etdirir. Bu gün hər iki ölkənin - həm Ermənistanın həm də Azərbaycanın Baş naziri Tbilisidədir və onlar bu günkü forumun açılışında iştirak edəcəklər. Düşünürəm ki, bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaq ki, bu da regionumuza uzunmüddətli sülh gətirəcək”.
Levan Davitaşvili Azərbaycanın Gürcüstanın çox ticarət və iqtisadi tərəfdaşı olduğunu vurğulayıb.
“Biz əməkdaşlığımızı xüsusilə də enerji sahəsindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - nazir bildirib.
APA
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb