“Bizim iki qonşumuzla yollarımız bağlıdır. Yollar olmadan sülhə nail olmaq çətin olacaq”.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
Paşinyan bildirib ki, Cənubi Qafqazın sülhə ehtiyacı var və sülh bütün ölkələrin açıq sərhədlərlə yaşamasıdır.
“Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq “Sülh Kəsişmələri” layihəsini təqdim edir. Bu layihənin mahiyyəti yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirməkdir”, - Paşinyan qeyd edib.a
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb