26 oktyabr 2023 21:57
423

Qazaxıstanda TDT-nin yubiley sammiti keçiriləcək

Qazaxıstanda Türk Dövlətləri Təşkilatının X yubiley sammiti keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) X yubiley sammiti keçiriləcək.

Tədbir türk xalqları arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş üzv və müşahidəçi dövlətlərin liderlərinin böyük görüşü olacaq.

Sammitdə TDT-yə üzv dövlətlər - Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri iştirak edəcək.

Sammitə həmçinin təşkilatadakı müşahidəçi dövlətlərin - Macarıstan və Türkmənistanın liderləri də qatılacaq.